Bakıda 3 nəfərin dələduzluqla 14 min manatı ələ keçirilib
Səbail rayonunda oğurluq və dələduzluqda şübhəli bilinən 5 şəxs saxlanılıb.
APA DİN-ə istinadən xəbər verir ki, Səbail rayonu ərazisində 3 nəfərin dələduzluq yolu ilə ümumilikdə 14 min manatdan çox pul vəsaitinin ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı O.Qürbətli, 38 yaşlı Ə.Məhərrəmov və 45 yaşlı S.Cavadova müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, rayon ərazisində 2 şəxsin avtomobilindən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 32 yaşlı T.Maksimov və 38 yaşlı E.Kazımovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda iki nəfərə qarşı 12 min manatlıq dələduzluq edilib
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Bakıda 3 nəfərin 23 min manatı dələduzluqla ələ keçirilib
Bakı sakininə qarşı 18 min manatlıq dələduzluq olunub
Abşeronda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













