sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qohumunu odlu silahla öldürən şəxs tutulub
Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə Şamaxı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Sizinxeber.az-ya bildirilib ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Prokurorluq: Şamaxı sakini bir neçə atəşlə öldürülüb - YENİLƏNİB-3
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq”
Ağstafada bacılar qazdan zəhərlənib
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













