Bakıda qumbara və partladıcılar tapılıb
Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb.
Bu barədə “Sizinxeber.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd 23 mm-lik yivli zenit top mərmisi və 18 ədəd 762x54 mm-lik SVD kiçik çaplı mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oxşar xəbərlər
Xətai rayonunda sursat aşkar edilib
Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb
Bakıda hərbi sursatlar aşkar edilib - VİDEO
Masazırda 10 qumbara aşkar edilib - VİDEO
Qobuda aşkar edilən hərbi sursatlar FHN-in XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən kənarlaşdırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














