Qobuda aşkar edilən hərbi sursatlar FHN-in XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən kənarlaşdırılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Qobuda aşkar edilən hərbi sursatlar FHN-in XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən kənarlaşdırılıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Sizinxeber.az-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı, 5 ədəd 9-mmlik sursat, 11 ədəd 7,62-mmlik PS sursat, 14 ədəd 7,62-mmlik LPS sursat, 1 ədəd güllə sandığı ilə birlikdə AKM avtomat və 1 ədəd güllə sandığı ilə birlikdə Makarov tipli tapança olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Oxşar xəbərlər

Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkarlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayonunda qumbara və mərmi tapılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masazırda 10 qumbara aşkar edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaraçuxur qəsəbəsində qumbara aşkarlanıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər