Kürdəmirdə hərəkətdə olan avtomobil yanaraq külə dönüb
sizinxeber.az xəbər saytı

Kürdəmirdə hərəkətdə olan avtomobil yanaraq külə dönüb


Kürdəmir rayonunda hərəkətdə olan avtomobil yanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Tovuz rayon sakini Paşayev İlkin İlqar oğlu özünə məxsus “FORD” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən avtomobildə anidən yanğın baş verib və nəqliyyat vasitəsi yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Yanğının avtomobilin elektrik sistemində olan nasazlıqdan baş verdiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Sabirabadda fərdi yaşayış evi yanaraq külə dönüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər