Oğuzda avtomobil 49 yaşlı kişini vuraraq öldürüb
sizinxeber.az xəbər saytı

Oğuzda avtomobil 49 yaşlı kişini vuraraq öldürüb


Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.

Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.

Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Hacıqabulda avtomobil 75 yaşlı kişini vuraraq öldürüb 
Ucar rayonunda avtomobil piyadanı vuraraq öldürüb
Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb
Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
Salyanda avtomobil 68 yaşlı qadını vuraraq öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle