Qaradağda özünü kommunal xidmət işçisi kimi qələmə verib quldurluq edən şəxs saxlanılıb
Polis Qaradağ rayonunda özünü kommunal xidmət işçisi kimi təqdim edərək quldurluq edən şəxsi saxlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.
Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb.
Onun dekabrın 25-də Lökbatan qəsəbəsində eyni üsulla daha bir mənzilə daxil olması, otaqlara baxış keçirərək soyğunçuluğa cəhd göstərməsi məlum olub.
Qaradağ Rayon Polis İdarəsində faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs azyaşlı qızın başına xəsarət yetirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaradağda iki qadına xəsarət yetirərək oğurluq edən şəxslər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Buzovnada qara maskalılar saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağstafada quldurluq etməkdə və avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












