Bakıda özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs azyaşlı qızın başına xəsarət yetirib
Dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb.
Onun dekabrın 25-də Lökbatan qəsəbəsində eyni üsulla daha bir mənzilə daxil olması, otaqlara baxış keçirərək soyğunçuluğa cəhd göstərməsi məlum olub.
Qaradağ Rayon Polis İdarəsində faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qaradağda iki qadına xəsarət yetirərək oğurluq edən şəxslər saxlanılıb
Bakıda 87 yaşlı qadına qarşı soyğunçuluq etməyə görə qrupun digər üzvü tutulub
Ağstafada quldurluq etməkdə və avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda iki nəfərə qarşı 12 min manatlıq dələduzluq edilib
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












