Bakıda 87 yaşlı qadına qarşı soyğunçuluq etməyə görə qrupun digər üzvü tutulub
Bakıda 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən daha bir şəxs tutulub.
Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 26-da rayon ərazisində 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən qrupun digər üzvü, 45 yaşlı S.Əliyeva da müəyyən olunaraq saxlanılıb. Onun 75 yaşlı digər bir qadına zor tətbiq edərək içərisində pulu və bank kartları olan pulqabısını talaması da məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Oxşar xəbərlər
Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edilib, keçmiş məhkum saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 75 yaşlı qadın evində döyülüb, soyğunçuluq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yasamalda uşaq bağçasından oğurluq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qadını şantaj edərək pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












