sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
AZAL-ın vitse-prezidenti: Təyyarəyə üç xarici təsir olub
Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.
APA xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov hava limanındakı vida mərasimində deyib.
O bildirib ki, qara qutu artıq açılıb oxunur:
"İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir", - o deyib.
İlham Əmirov əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.
Oxşar xəbərlər
AZAL-ın vitse-prezidenti: "Günahkarlar tapılacaq və cəzalandırılacaq"
Rəşad Nəbiyev: Təyyarə qəzasının səbəbləri aşkara çıxarılacaq
AZAL-ın prezidenti: Təyyarə qəzasının səbəbləri müəyyənləşdiriləcək
"Euronews": AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb
AZAL Bakıdan Qroznı və Mahaçqalaya aviareysləri dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













