AZAL-ın vitse-prezidenti: "Günahkarlar tapılacaq və cəzalandırılacaq"
Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirərək, təyyarəni təhlükəsiz şəkildə idarə edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
"Bu hadisə, həmçinin, Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir. Ölkəmizdə formalaşmış bu ənənələr illərdir qorunur və inkişaf etdirilir", - o deyib.
Onun sözlərinə görə, təyyarəyə kənar müdaxilə olunub: "Günahkar da tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".
Oxşar xəbərlər
Rəşad Nəbiyev: “AZAL-ın təyyarəsi xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb”
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - FOTO
Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası: Mən qızımla fəxr edirəm
Ukrayna Prezidenti İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı verib
Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













