Kürdəmirdə ağır qəza baş verib, ölən və xəsarət alan var - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BAЗ” markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub, 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
05:57
Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində ağır qəza qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə , "VAZ - 2107"markalı avtomobil "Ford" markalı mikroavtobusa çırpılıb.
Qəza zamanı "VAZ"- ın sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerində dünyasını dəyişib.
Onun qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Füzulidə yük avtomobili maneəyə çırpılıb, ölən var
Bakıda “Chevrolet” və "Tesla" toqquşub, ölən var
Qəbələdə baş verən ağır yol qəzası ilə bağlı FHN məlumat yayıb
Salyanda avtomobil hasara çırpılıb, ölən var - YENİLƏNİB
Bakıda “Chevrolet”lə "Tesla" markalı avtomobillər toqquşub, 1 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













