Baş Prokurorluq: Təyyarə qəzasındakı zərərçəkmişlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir
sizinxeber.az xəbər saytı

Baş Prokurorluq: Təyyarə qəzasındakı zərərçəkmişlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir


Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 160 ünvanında yerləşən inzibati binasında ("Dərnəgül" metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.

"Odur ki, müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərəkmişlərin ailə üzvlərinin qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yaxınlaşmalarını, habelə, əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun "961" nömrəli Çağrı Mərkəzi, "161" nömrəli Qaynar xətti və (012) 361 16 42 saylı əlaqə nömrəsinə zəng etmələrini xahiş edirik", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Dövlət Xidmətinin bölmə rəisi və sabiq şöbə rəisi həbs olunub
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək
Ötən il 11 iş birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb
Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle