Komissiyanın rəhbəri: Qəzaya uğramış təyyarədə vətəndaşları olan ölkələrin “qara qutu”nun oxunmasında iştirakına etiraz etməyəcəyik
sizinxeber.az xəbər saytı

Komissiyanın rəhbəri: Qəzaya uğramış təyyarədə vətəndaşları olan ölkələrin “qara qutu”nun oxunmasında iştirakına etiraz etməyəcəyik


"Təyyarədə vətəndaşları olan ölkələrin rəsmi qurumları müraciət edəcəyi təqdirdə, onların “qara qutu”nun oxunması prosesində iştirakına etiraz etməyəcəyik".

APA xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayev bu gün keçirilən mətbuat konfransında bildirib.

O hadisə ilə bağlı cinayət işini araşdıran istintaq qrupunun ərazinin müayinəsini, nümunələrin götürülməsini davam etdirdiyini də açıqlayıb:

“Onu da qeyd edim ki, hadisə ilə əlaqədar “hava nəqliyyatı vasitəsinin istismar qaydalarının pozulması (ağır nəticələrə səbəb olduqda), eləcə də “Uçuşların təhlükəsizliyi qaydalarının pozulması” maddələri ilə cinayət işi qaldırılıb. Hadisə tam və hərtərəfli qaydada araşdırılacaq. Eyni zamanda təyyarənin sərnişinləri arasında vətəndaşları olan ölkələrin rəsmi qurumları müraciət edərsə, onlar da “qara qutunun” oxunmasında iştirak edə bilərlər. Biz buna etiraz etməyəcəyik”.

Oxşar xəbərlər

AzAL-ın qəzaya uğramış təyyarəsinin “qara qutu”su tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayevin tapşırığı ilə təyyarə qəzasına görə Dövlət Komissiyası yaradılıb, cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluq: Təyyarə qəzası ilə bağlı bütün versiyalar üzrə ekspertiza aparılır, istintaq qrupu iş başındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qara dəniz üzərində Ukrayna PUA-ları vurulub, Soçi aeroportunda uçuşlar dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər