Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Gəncə bürosuna verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt polis məntəqəsinin əməkdaşlarının Mingəçevir su anbarında keçirdikləri növbəti monitorinqlər nəticəsində Samux rayon Qırmızı Samux kəndi ərazisində qeyri-qanuni balıq ovu ilə məşğul T.Atakişiyev saxlanılıb.
Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, sentetik tor, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladığı “Şəhmayi” balıqları və digər əşyalar götürülərək protokollaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Mingəçevirdə qanunsuz balıq satışı ilə məşğul olan şəxslər cəzalandırılıb
Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb
Mingəçevir, Xızı və Siyəzəndə qanunsuz balıq ovlayanlar saxlanılıb
İmişlidə ov edən şəxs saxlanılıb
Gəncədə 3 qumbara tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













