Gəncədə 3 qumbara tapılıb
Gəncədə 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcı tapılıb.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcısını taparaq aidiyyəti üzrə təhvil verib.
Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Süleymanov saxlanılıb. Ondan içərisində 26 ədəd patron olan patron darağı götürülüb.
Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 26 ədəd patron və 1 patron darağı da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün vətəndaşlardan 2 tapança, 5 qumbara, 11 tüfəng götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün vətəndaşlardan 7 silah götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə vətəndaşdan 3 kq-a yaxın narkotik vasitə götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün vətəndaşlardan 1 avtomat, 2 tapança, 10 tüfəng götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












