Mingəçevir, Xızı və Siyəzəndə qanunsuz balıq ovlayanlar saxlanılıb
Mingəçevir su anbarında, Xəzər dənizinin Xızı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Mingəçevir şəhər sakini Anar Musayev, Siyəzən rayonu Yenikənd kənd sakini Nicat Əliyev, Xızı rayonu Şuraabad kənd sakini Vüqar Məmmədov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş 80 metr uzunluğunda 1 ədəd sintetik tor götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və ümumilikdə 1700 manat məbləğində cərimə tətbiq ounub.
Eyni zamanda, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından 850 metr uzunluğunda 14 ədəd sintetik tor aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Mingəçevirdə qanunsuz balıq satışı ilə məşğul olan şəxslər cəzalandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə 3 qumbara tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün vətəndaşlardan 31 silah götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə vətəndaşdan 3 kq-a yaxın narkotik vasitə götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












