Cəlilabadda məsciddən samovar oğurlanıb
sizinxeber.az xəbər saytı

Cəlilabadda məsciddən samovar oğurlanıb


Cəlilabadda məsciddən oğurluq edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Türkelli kəndində yerləşən məsciddən 1000 manat dəyərində mis samovarı oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Əmirxan Hüseynov saxlanılıb. Araşdırmalarla Ə.Hüseynovun Cəlilabad şəhəri ərazisində yerləşən evlərdən birindən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

Oxşar xəbərlər

2 min manatlıq noxud oğurlayan Cəlilabad sakini saxlanılıb
Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb
Oğurladığı 4500 manatı mobil oyunlara xərcləyən Cəlilabad sakini saxlanılıb
Qardaşının həyətindən oğurluq edən keçmiş məhkum saxlanılıb
Bakıda evdən 9 min manat və qızıl oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər