Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıb - YENİLƏNİB 
sizinxeber.az xəbər saytı

Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıb - YENİLƏNİB 


Şəmkirdə qazsızma nəticəsində ana və 19 yaşlı qızı xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində ev sahibi 1985-ci il təvəllüdlü Şəhla Əzizova və onun qızı, 2005-ci il təvəllüdlü A.Əzizova xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb, qadının vəziyyəti orta-ağır qiymətləndirilir, qızı isə yüngül bədən xəsarətləri alıb.

08.48

Şəmkir rayonunda evdə baş vermiş partlayış nəticəsində bir nəfər yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Əraziyə hüquq mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var
Gədəbəydə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB 
Şəmkirdə evdə partlayış olub, xəsarət alanlar var
Şəmkirdə ağır yol qəzasında üç nəfər xəsarət alıb
Şəmkirdə evdə partlayış olub, xəsarət alanlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle