Binəqədidə zəncirvari yol qəzasında 2 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Binəqədidə zəncirvari yol qəzasında 2 nəfər ölüb


Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

“Sizinxeber.az” xəbər verir ki, 133 saylı sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılaraq sıxılmış vəziyyətə düşüb. “Opel”dəki iki nəfər – 39 yaşlı Əyyubov Afər Mirzəxan oğlu və onun yaşıdı Məmmədov Cavid Mahir oğlu hadisə yerində keçiniblər.

Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sabunçu rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var
Belarusda ağır yol qəzasında 2 nəfər ölüb
Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
Gəncədə üç minik avtomobili toqquşub
Göygöldə yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər