Ağdamda yanğın hadisəsi baş verib, iki ailə evsiz qalıb
Ağdamda qısa qapanmadan baş verməsi ehtimal olunan yanğın iki ailəni evsiz qoyub.
Sizinxeber.az-nın Qarabağ bürosunun müxbiri xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində yerləşən, əvvəllər qonaq evi kimi istifadə olunan binada güclü yanğın başlayıb. Tikilidə yaşayan iki ailə təxliyə olunsa da alovun şiddətli olması tikilini yararsız hala salıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Alov lokallaşdırılıb. Yanğının ətraf mühitə ziyan vurmasının qarşısı alınıb.
Ev sahiblərinin sözlərinə görə, yanğının qəfil başlaması və güclü olması səbəbilə evdən heç bir əşya çıxara bilməyiblər.
Qeyd edək ki, sözügedən binada yaşayan hər iki ailə keçmiş məcburi köçkündür.
Oxşar xəbərlər
Tovuz şərab zavodu yanır
Zaqatalada restoran yanıb
Sumqayıtda yataqxanada partlayış olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
