Səfərbərlik Xidmətinin İmişli şöbəsinin rəisi həbs olunub
sizinxeber.az xəbər saytı

Səfərbərlik Xidmətinin İmişli şöbəsinin rəisi həbs olunub


Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Sizinxeber.az-nın sorğusuna cavab olaraq deyib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Oxşar xəbərlər

Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin sabiq rəisi həbs olunub
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
Səfərbərlik Xidmətinin İmişli bölməsinin rəisi rüşvət almaqda təqsirləndirilərək həbs edilib - RƏSMİ - YENİLƏNİB
Xocavəndin hərbi komissarı həbs edilib
MN-in hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle