Göygöldə aşkar edilən meyitin şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB
Göygöl rayonunda ötən gün aşkar olunan meyitin şəxsiyyəti müəyyən edilib.
"Sizinxeber.az"un Qərb bürosu xəbər verir ki, bu barədə məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlayıb.
Onun sözlərinə görə, meyiti tapılan şəxs Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Şərqiyyə Məmmədovadır.
E.Qasımov bildirib ki, ekspertiza Ş.Məmmədovanın ürək tutmasından öldüyünü təsdiqləyib.
Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hazırda tapılan meyitin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Sizinxeber.az"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə meyit tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncəçayda meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə çayda meyit aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə çayda meyit aşkarlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə çayda meyit aşkarlanıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazirdən pensiyalarla bağlı şad xəbər
-
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
-
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
-
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
-
Şəhid məzarlarından gitara, çəkmə və hərbi dəbilqə oğurladılar: Saxlanılan şəxslərin GÖRÜNTÜLƏRİ












