Göygöldə meyit tapılıb
Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hazırda tapılan meyitin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Sizinxeber.az"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə çayda meyit aşkarlanıb
Göygöldə çayda meyit aşkarlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
