Astarada ata oğluna ov tüfəngi ilə xəsarət yetirib
sizinxeber.az xəbər saytı

Astarada ata oğluna ov tüfəngi ilə xəsarət yetirib


Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə hadisə saat 20:00 radələrində Astara rayonunun Sığaloni kəndi ərazisində baş verib.

Ata Ağaşir Hüseynov oğlu 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynovu ov tüfəngi ilə güllələyib. T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və cərrahiyyə şöbəsinin əməliyyat blokuna alınıb. İlkin məlumata görə ata və oğul arasında mübahisə sitrus meyvələri üstündə yaranıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Astara rayon sakini Tural Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Astarada "Ural" markalı yük avtomobili sürücünün üstünə aşıb
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişini blçaqlayan şəxs tutulub - FOTO - YENİLƏNİB-1
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB
Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər