FHN: Ötən sutka 21 yanğına çıxış olub, 8 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Sizinxeber.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər xilas edilib, 2 nəfərin meyiti təhvil verilib.
Oxşar xəbərlər
FHN: Ötən sutka 53 yanğına çıxış olub, 2 nəfər xilas edilib
FHN: Ötən sutka 42 yanğına çıxış olub, 3 nəfər xilas edilib
FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib
FHN: Ötən sutka 38 yanğına çıxış olub, 8 nəfər xilas edilib
FHN: Ötən sutka 66 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













