Respublika Perinatal Mərkəzində təmir işləri üzrə tender elan olunacaq
Yanğın baş verən Respublika Perinatal Mərkəzində təmir işlərinin aparılması ilə bağlı aidiyyəti üzrə razılaşdırma işi yekunlaşıb və bu həftə ərzində tender elan olunacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə sualları cavablandırarkən deyib.
O bildirib ki, tenderin nəticəsinə uyğun olaraq təmir işlərinə başlanılacaq.
V.Qurbanov əlavə edib ki, mərkəzə yeni direktor təyinatı hələ yoxdur.
Qeyd edək ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Hazırda həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Oxşar xəbərlər
Perinatal Mərkəzdə 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə başlayır
"Respublika Perinatal Mərkəz"də baş verən yanğınla bağlı məhkəmə başlayıb
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğına görə direktor və şöbə rəislərinin məhkəməsi başlayır
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR?
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin məhkəməsi təxirə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













