Balakəndə narkotik təsiri altında avtomobil idarə edən 15 nəfər məsuliyyətə cəlb olunub
sizinxeber.az xəbər saytı

Balakəndə narkotik təsiri altında avtomobil idarə edən 15 nəfər məsuliyyətə cəlb olunub


Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 15, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, Balakən rayonunda son bir ay ərzində yol hərəkəti qaydalarını kobud şəkildə pozan ümumilikdə 354 sürücü inzibati məsuliyyətə cəlb olunub.

Oxşar xəbərlər

Qusarda avtomobili narkotik və spirtli içki təsiri altında idarə edən 21 sürücü aşkar olunub
Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürən 25 nəfər saxlanılıb
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər