Astarada torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb
Astara rayonunda torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb.
“Report”un Cənub bürosunun məlumatına görə, təbiət hadisəsi dağlıq ərazidə yerləşən Şüvi kəndində qeydə alınıb.
Sürüşməyə son zamanlar yağan intensiv yağışların səbəb olduğu bildirilir.
Belə ki, 15-20 metr məsafədə torpaq qatı 50 metr aşağı sürüşərək təhlükəli vəziyyət yaradıb və kənd sakini Habil Cümşüdova məxsus ev qəzalı vəziyyətə düşüb, divarlarda çatlar yaranıb. Vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, əraziyə baxış keçirilib. Qəza şəraiti müəyyən olunaraq evin sahibinə lazımi göstərişlər verilib.
Qeyd edək ki, sürüşmə zonasında daha 10-a yaxın ev var. Sürüşmə davam edəcəyi təqdirdə həmin evlər də təhlükə ilə üz-üzə qala bilər.
Oxşar xəbərlər
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son 2 ildə Şamaxı, Ağsu və Qobustanda torpaq qanunvericiliyinin pozulmasına dair 200-ə yaxın hal aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Umayra Tağıyeva: “Azərbaycanda ən çox sel və daşqın hadisələri bu il qeydə alınıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzalı vəziyyətdə olan Sərsəng su anbarı nə vaxt istifadəyə veriləcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Gənclik Mall"un qarşısında AĞIR QƏZA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












