Son 2 ildə Şamaxı, Ağsu və Qobustanda torpaq qanunvericiliyinin pozulmasına dair 200-ə yaxın hal aşkarlanıb
sizinxeber.az xəbər saytı

Son 2 ildə Şamaxı, Ağsu və Qobustanda torpaq qanunvericiliyinin pozulmasına dair 200-ə yaxın hal aşkarlanıb


2022-ci ildə və 2023-cü ilin yanvar-noyabr aylarında Şamaxı, Ağsu və Qobustan rayonlarında torpaq qanunvericiliyinin pozulması ilə bağlı 194 hal aşkar edilərək sənədləşdirilib.

Bu barədə "Sizinxeber.az"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 106 inzibati protokol tərtib edilib.

Dövlət Xidmətinin apardığı monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bu rayonlarda bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və yaxud zəbt edilir.

Oxşar xəbərlər

Milli Məclis Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsinə dair layihəni təsdiqləyib
Astarada torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb
Azərbaycanda vəzifəli şəxslər cərimələndi
Toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu açıqlanıb
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması həyata keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər