sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Gənclik Mall"un qarşısında AĞIR QƏZA
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb.
Belə ki, hadisədə "BMW" və "KIA" markalı minik avtomobilləri toqquşub.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır.
Hər iki minik maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Goranboyda minik maşını aşıb, xəsarət alanlar var
Sumqayıtda zəncirvari qəza baş verib, xəsarət alanlar var
Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var
Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var
Bakıda yol qəzasında ana və oğlu xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













