Biləsuvarda təmir olunan yolda yük avtomobilləri aşıb - FOTO
sizinxeber.az xəbər saytı

Biləsuvarda təmir olunan yolda yük avtomobilləri aşıb - FOTO


Biləsuvarda iki yük avtomobili aşıb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt- Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Naxçıvana yanacaq daşıyan, Sərvər Həsənovun idarə etdiyi dizel yüklü abtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü yüngül xəsarət alıb, yanacağın bir hissəsi yol kənarına dağılıb.

Oradan bir neçə yüz metr məsafədə isə Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi tikinti matrealları ilə yüklü “Shacman” markalı avtomobil yol kənarına aşıb.

Hadisə şahidləri və sürücülərin sözlərinə görə, qəzaya səbəb yeni təmir olunan yolun kənarlarında mühafizə lentləri və xəbərdarlıq nişanlarının olmamasıdır. Sürücülər yolun iriqabaritli avtomobillər üçün təhlükəli olduğundan xəbərsiz olublar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Astarada "Ural" markalı yük avtomobili sürücünün üstünə aşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabulda minik avtomobili qəzaya uğrayıb, bir nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mingəçevirdə ağac aşıb, avtoyuma işçisi xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə ağır qəza baş verib, ölən və yaralanan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mingəçevirdə ağac avtoyuma işçisinin üstünə aşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər