Özünü vəkil kimi təqdim edərək dələduzluqda ittiham olunan şəxs həbs edilib
Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törətməkdə ittiham edilən şəxs həbs olunub.
APA xəbər verir ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə təqsirli bilinən Fuad Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, F. Əliyev özünü vəkil kimi təqdim edərək bir nəfər zərərçəkəni işlə təmin edəcəyinə dair ona yalan vəd verib. Vətəndaş onun dediklərinə inanaraq F.Əliyevə 6350 manat verib. Araşdırma zamanı özünü vəkil kimi təqdim edən həmin şəxsin digər hüquqi yardımlar adı altında “xidmətlər” göstərdiyi və insanların etibarından sui-istifadə edərək çoxsaylı dələduzluq əməlləri etdiyi də müəyyən edilib.
F.Əliyevə ittiham elan edilərək o, cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Sabirabadda 135 min manatı ələ keçirməkdə ittiham olunan şəxs həbs edilib
Şirvanda dələduzluq edən şəxs həbs edilib
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Naxçıvanda özünü şəhid atası kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
