Metroda vətəndaşdan telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Metroda vətəndaşdan telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Metropolitendə Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metronun “20 Yanvar” stansiyasında paytaxt sakininin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 1995-ci il təvəllüdlü Güldanə Məmmədova saxlanılıb.

DİN-nin mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində 3500 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.


Araşdırma aparılır.

Oxşar xəbərlər

Şüvəlanda taksi sürücüsünü döyüb avtomobilini qaçıran şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər