sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda sərnişin avtobusu 10-dan çox maşını əzib - VİDEO
Bakının Yeni Yasamal ərazisində zəncirvari yol qəzası baş verib.
“Report” xəbər verir ki, idarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb.
Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb.
Oxşar xəbərlər
Bakıda yük maşını minik avtomobilinə çırpılıb - FOTO
Bakıda avtobus qəzaya uğradı - VİDEO
Mərsində ağır yol qəzasında yaralananların sayı 39-a çatıb, 10 nəfər ölüb – YENİLƏNİB 2
Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Rusiyada zəncirvari qəzada üç nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













