20
fev
2024
10:04

yuxarı
Bakıda yük maşını minik avtomobilinə çırpılıb - FOTO

Bakıda yük maşını minik avtomobilinə çırpılıb - FOTO
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
“KamAZ” markalı yük maşının sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini “Nissan” markalı minik avtomobilinə arxadan çırpıb. Qəza nəticəsində “Mercedes” markalı minik avtomobilinə də ziyan dəyib. Qəza səbəbindən prospektdə uzun tıxac yaranıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşıdırılır.
Sizinxeber.az QALEREYA