Rusiyada zəncirvari qəzada üç nəfər ölüb
Rusiyanın Krasnodar şəhərində Rostov şossesinin 13-cü km-də “Kamaz” da daxil olmaqla altı avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.
“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, ikisi yeniyetmə olmaqla üç nəfər yaralanıb. Müəyyən edilib ki, “Kamaz”ın sürücüsü iki avtomobillə toqquşub, daha sonra isə digər avtomobillərə çırpılıb.
Qəza nəticəsində avtomobillərdən birinin sürücüsü xəsarət alıb, onunla birlikdə olan iki sərnişin ölüb. Digər avtomobilin sürücüsü də dünyasını dəyişib.
Hadisə yerindən 14 və 10 yaşlı iki azyaşlı sərnişin tibb müəssisələrinə aparılıb, onlara lazımi köməklik göstərilir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılıb.
Oxşar xəbərlər
Torontoda ağır yol qəzasında 12 nəfər yaralanıb
Rusiyada 4 nəfər yol qəzasında ölüb
Manisada ağır yol qəzası olub, ölənlər və yaralananlar var
Hacıqabulda yük maşınları toqquşub, ölən və xəsarət alan var
Ağdaş rayonunda ağır yol qəzası olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












