Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan Sizinxeber.az-ya verilən xəbərə görə, araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
saat 08.13
Avqustun 4-də saat 01 radələrində paytaxtın Nəriman rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Nərimanov rayonunda adam bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb
Prokurorluq: Ucarda arvadını öldürən kişi könüllü olaraq polisə təslim olub
Xırdalanda arvadını evin pəncərəsindən atıb öldürən şəxs tutulub - YENİLƏNİB
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib
Xaçmazda 66 yaşlı qadın qohumu tərəfindən öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













