Xaçmazda 66 yaşlı qadın qohumu tərəfindən öldürülüb
Qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayət isti izlərlə açılıb.
Xaçmaz rayon prokurorluğundan APA-ya verilən məlumata görə, martın 21-də Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib
4 il əvvəl Ağdamda itkin düşən qadın atası və ögey anası tərəfindən öldürülüb
Qusarda narkotik satışına görə 2 nəfər tutulub
Abşeron RİH-in sabiq əməkdaşının məhkəməsi başlayır
Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













