Prokurorluq: Ucarda arvadını öldürən kişi könüllü olaraq polisə təslim olub
sizinxeber.az xəbər saytı

Prokurorluq: Ucarda arvadını öldürən kişi könüllü olaraq polisə təslim olub


Ucarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Ucar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər

Ucarda 34 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda arvadını evin pəncərəsindən atıb öldürən şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda 66 yaşlı qadın qohumu tərəfindən öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda qadın evin pəncərəsindən yerə atılaraq ölüb, əri tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər