Gəncədə 15 yaşlı oğlan qətlə yetirilib, həmyaşıdı şübhəli bilinir
Gəncədə 15 yaşlı oğlan qətlə yetirilib.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Dəmiryol Vağzalı yaxınlığında qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Tunar Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü A.Hətəmov polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Tovuzda bıçaq xəsarəti alan kişi xəstəxanada ölüb, şübhəli saxlanılıb
Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













