Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytarıb
sizinxeber.az xəbər saytı

Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytarıb


Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi, ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlu və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.

Azərbaycanın Fransadakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Haqqında bəhs edilən uşaqlar, 18 avqust 2025-ci il tarixində Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.

Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə Almaniya hüquq müstəvisində müvafiq tədbirlər görüləcəkdir.

Mövcud durumda həm Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi, həm də Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstəriləcəkdir.

Yaranmış vəziyyət ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına bir daha müraciət edərək, xarici ölkələrdə bu kimi hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın bu ölkədəki səfirliyinə xəbər verilməsi israrla xahiş olunur. Səfirliyin öncədən məsələ ilə bağlı məlumatlı olması, vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır.

Oxşar xəbərlər

Səfirlik: Paris aeroportunda övladları əllərindən alınan valideynlərlə bağlı Fransa qurumları ilə görüşlər aparılır
Rusiyanın Baykonur kosmodromunda şəkil çəkən Fransa və Almaniya vətəndaşları saxlanılıb
Azərbaycan vətəndaşı olan 28 nəfər Almaniyadan geri qəbul edilib
Misir ölkədən çıxarılmış 13 artefaktı Almaniya və Britaniyadan geri qaytarıb
Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər