Tovuzda qadını yandıraraq ölümünə səbəb olan olan şəxsin məhkəməsi başlayır
sizinxeber.az xəbər saytı

Tovuzda qadını yandıraraq ölümünə səbəb olan olan şəxsin məhkəməsi başlayır


Tanışının ölümündə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Tovuz rayon prokurorluğundan Sizinxeber.az-ya verilən məlumata görə, cari il aprelin 18-də Tovuz rayonu ərazisində 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın xəstəxanada ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İstintaqla 2002-ci il təvəllüdlü Röyal Tağıyevin aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə tezalışan məhlul tökməsi və alışqan vasitəsi ilə onu qəsdən yandırması nəticəsində sonuncunun almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Röyal Tağıyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda qadını yandıraraq ölümünə səbəb olmaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda bir ay əvvəl həmkəndlisini döyərək öldürməkdə şübhəli bilinən şəxs həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda həmkəndlisi olan qadını öldürməyə cəhd edən şəxsin istintaqı tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər