Tovuzda bir ay əvvəl həmkəndlisini döyərək öldürməkdə şübhəli bilinən şəxs həbs olunub
Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Tovuz rayon prokurorluğundan Sizinxeber.az-ya verilən məlumata görə, iyulun 1-də Tovuz rayon sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1969-cu il təvəllüdlü Mübariz Yusifov iyunun 27-də rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Novruz Hacıyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır. Mübariz Yusifov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda 66 yaşlı qadın qohumu tərəfindən öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda arvadını evin pəncərəsindən atıb öldürən şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda qadın evin pəncərəsindən yerə atılaraq ölüb, əri tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












