Tovuzda qadını yandıraraq ölümünə səbəb olmaqda  təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
sizinxeber.az xəbər saytı

Tovuzda qadını yandıraraq ölümünə səbəb olmaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib


Cari il aprelin 18-də Tovuz rayonu ərazisində 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın xəstəxanada ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə "Report"a Tovuz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla 2002-ci il təvəllüdlü Röyal Tağıyevin aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə tezalışan məhlul tökməsi və alışqan vasitəsi ilə onu qəsdən yandırması nəticəsində sonuncunun almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Röyal Tağıyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Tovuzda qadını yandıraraq ölümünə səbəb olan olan şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 89 yaşlı atasını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda həmkəndlisini qəbirstanlıqda döyərək öldürməkdə şübhəli bilənən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda bir ay əvvəl həmkəndlisini döyərək öldürməkdə şübhəli bilinən şəxs həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər