Şirvanda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Şirvanda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerliyə cəlb edilən şəhər sakini Natiq Xankişiyev saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, ondan 7 kiloqrama yaxın həşiş, metamfetamin və marixuana, eləcə də 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.

N.Xankişiyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan əcnəbi narkotacir tərəfindən kuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Şirvanda narkokuryerlik edən şəxs saxlanılıb
Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb
Ağcabədidə narkokuryerdə 10 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər