Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 19 faizə yaxın azalıb
Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 19 faizə yaxın azalıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə iyulun 10-da Daxili İşlər Nazirliyində 2025-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 17049 cinayət qeydə alınıb, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub.
2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən oğurluqlar 6,2, dələduzluqlar 7,3 faiz azalıb.
Oxşar xəbərlər
DİN: Ötən 6 ayda 17049 cinayət qeydə alınıb, 103 kriminal qrup zərərsizləşdirilib
Bu ilin ilk doqquz ayında qeydə alınmış cinayətlərin 90 faizə yaxını açılıb
Bu ilin I rübündə cinayətlərin dinamikasında 1 101 fakt azalma qeydə alınıb
Bu ilin doqquz ayı ərzində 158 cinayətkar qrup zərərsizləşdirilib
Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













