Şəmkirdə 39 yaşlı şəxs bıçaqlanıb, vəziyyəti ağırdır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəmkirdə 39 yaşlı şəxs bıçaqlanıb, vəziyyəti ağırdır - YENİLƏNİB


09.07.2025-ci il tarixində saat 01:50 radələrində 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) qarının sol yarısının və döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, travmatik şok diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Sizinxeber.az-ya verilən xəbərə görə, həmin şəxs təcilli olaraq əməliyyata alınıb.

Vəziyyəti ağır olan şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

***

08:43

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Azər Məsimov aralarında yaranan mübahisə zəminində tanışı və həmyaşıdı, 1986-cı il təvəllüdlü Zaman Hüseynovu bıçaqlayıb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini A.Məsimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***
08:27

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Şəmkirdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB
Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər