Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs tutulub - YENİLƏNİB


Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs tutulub.

Sizinxeber.az nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Fazil Qəribov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaq xəsarəti ilə xətəxanaya yerləşdirilib.

***

12 iyun, 17.53

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaq xəsarəti ilə xətəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə, iyunun 12-də saat 15:40 radələrində iki nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: "Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Qarının ön divarının sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, mədənin zədələnməsi diaqnozu ilə əməliyyat olunun 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Sol gicgah nahiyəsinin dəri və dərialtı toxumasının kəsilmiş yarası, dərialtı hematoma diaqnozu təyin edilən 2007-ci il təvəllüdlü şəxsin isə vəziyyəti stabildir".

Oxşar xəbərlər

Şəmkirdə iki nəfər bıçaqlanıb
Şəmkirdə 45 yaşlı qadın bıçaqlanıb, əri saxlanılıb
Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - YENİLƏNİB
Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Şəmkirdə keçmiş arvadını, onun anasını və atasını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər