Şəmkirdə minik maşınının aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü A.Atakişizadə idarə etdiyi "KIA" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib və nəticədə avtomobil aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü O.Atakişiyev, 1993-cü il təvəllüdlü C.İbadullayev və 1968-ci il təvəllüdlü İ.Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Xəstəxanaya yerləşdirilən yaralılardan biri, 1968-ci il təvəllüdlü İ.Atakişiyev aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gədəbəydə minik maşını aşıb,xəsarət alanlar var
Gədəbəydə minik maşını aşıb, xəsarət alanlar var
Qazaxda yol qəzasında bir kəndin dörd sakini ölüb - YENİLƏNİB
Lənkəranda yol qəzası olub, xəsarət alanlar var - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
